15 
Avq
2019
14:13
76
131
5157
yuxarı
Polisə şikayət etməyə gəldi, yük maşınını bölmənin darvazasına çırpdı - TƏFƏRRÜAT
Avqustun 14-də Bakıda yük maşınının Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin darvazasına çırpılmasının təfərrüatı məlum olub.
Hadisənin təfərrüatı barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, bölmənin darvazasına çırpılan “Hyundai” markalı yük maşını “Ceylan” MMC ticarət şirkətinə məxsus olub.
1986-cı il təvəllüdlü sürücü Seymur Mustafayev yük maşınının salonundan 1000 manat, bank kartı və sürücülük vəsiqəsinin oğurlanması barədə polisə şikayət etmək istəyib. O, bu məqsədlə 37-ci bölməyə gəlib. Lakin sürücü idarə etdiyi maşını darvazaya çırparaq polis təsərrüfatına ziyan vurub.
Hazırda oğurluq faktı ilə bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
9 
Dek
2019
21:14
Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb - VİDEO
17
153
2026
9 
Dek
2019
20:48
Məşhur müğəninin keçmiş sevgilisi evlilik təklifi aldığı məkana hücum etdi
13
91
3185