15 
Avq
2019
23:26
26
160
4446
Virtual karabakh

Suraxanıda xəstəxanada yanğın - FOTO/VİDEO

15 Avq, 2019
23:26
4446

Suraxanıda xəstəxanada yanğın - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub.

Alov qısa zamanda bir neçə palataya da keçib.

Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

FHN-nin əraziyə cəlb olunmuş briqadasından Oxu.Az-a bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri