16 
Avq
2019
09:25
12
117
4024
Virtual karabakh

Nazirlik Xaçmazdakı ağır qəza ilə bağlı məlumat yaydı: ölən və yaralılar var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına altı nəfər çatdırılıb.

Yaralılardan biri Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Digər beş yaralı - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Ağbil kənd sakinləri - 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Hazırda yaralılardan yalnız bir nəfər 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası) diaqnozu ilə həkim nəzarətində saxlanılır. Digər xəsarət alanlar həkim müayinəsindən sonra evə buraxılıb.

Xatırladaq ki, ötən gün Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik maşını toqquşub. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri