16 
Avq
2019
09:34
151
25
1511
Virtual karabakh

Sərhədçilər terrorçuluqla mübarizə çərçivəsində 91 nəfəri saxlayıblar

16 Avq, 2019
09:34
1511

Sərhədçilər terrorçuluqla mübarizə çərçivəsində 91 nəfəri saxlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərhədçilər terrorçuluqla mübarizə çərçivəsində 91 nəfəri saxlayıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 989 sərhəd pozucusu, 160 428 nəfər rejim pozucusu, 37 789 nəfər axtarışda olan şəxs saxlanılıb, külli miqdarda qaçaqmalın, o cümlədən, 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

E.Quliyev bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib:

"Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən, narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri