16 
Avq
2019
10:26
34
71
8925
Virtual karabakh

Nazirlər Kabinetindən metro qatarları ilə bağlı - QƏRAR

16 Avq, 2019
10:26
8925

Nazirlər Kabinetindən metro qatarları ilə bağlı - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti "Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə" qərarda dəyişiklik edilib.

Dəyişikliyi Baş nazir Novruz Məmmədov təsdiq edib.

Qeyd olunur ki, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilir.

"Bakı Metropoliteni" QSC bu qərarda göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirəcək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri