16 
Avq
2019
10:36
151
30
3357
Virtual karabakh

Yol polisindən növbəti xəbərdarlıq: Çimərlik ərazisi təlim meydançası deyil

16 Avq, 2019
10:36
3357

Yol polisindən növbəti xəbərdarlıq: Çimərlik ərazisi təlim meydançası deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atmağın, çimərlik ərazisində nəqliyyat vasitəsilə ilə təlim keçməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşməyin təhlükəli olması barədə maarifləndirici xarakterli məlumat yayıb.

Oxu.Az xəbər verir ki. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov mövsümlə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

O qeyd edib ki, yay mövsümü ilə əlaqədar çimərliklərə gələrək istirahət edənlər bəzən təhlükəsizlik normalarına da riayət etmirlər. Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır. Qaydaların pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol polisi xüsusi tədbirlər görür:

"Sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumatlar verilir, bukletlər paylalınır. 

Xüsusi olaraq çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə olunmasının təhlükəli olması diqqətə çatdırılıb".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri