16 
Avq
2019
12:22
255
156
21108
Virtual karabakh

Yol polislərinin forması dəyişdi

16 Avq, 2019
12:22
21108

Yol polislərinin forması dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol polisi əməkdaşlarına yeni formalar verilib.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yeni formalarda kəmərlər işıqqaytarıcı xüsusiyyətlərə malikdir:

"Dünəndən etibarən paytaxt ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni formalarla xidmət başındadır".

V.Əsədov qeyd edib ki, yeni formalar tünd göy rəngli şalvar və üzərində qırmızı zolaq olan köynəklərdir:

"Forma üçün nəzərdə tutulan ağ və işıqqaytarıcı xüsusiyyətə malik dəri kəmərlər də var".

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri