16 
Avq
2019
15:51
191
44
4005
Virtual karabakh

DSX: Azərbaycanın sərhəddə mühafizə sistemi yaratması Ermənistanı narahat edir - VİDEO

16 Avq, 2019
15:51
4005

DSX: Azərbaycanın sərhəddə mühafizə sistemi yaratması Ermənistanı narahat edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Ermənistan sərhədində mühafizə sistemi yaradılır. Bu da Ermənistanı narahat edir. 

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DSX Qazax və Ağstafa rayonlarının Ermənistanla sərhəd bölgələrində düşmən təxribatlarına lazımi cavablar verilib.

O qeyd edib ki, Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və həmin orqanlarla əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub.

E.İbrahimovun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib:

"Həmçinin, qaçaqmalçılıqla məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".

Aqşin Kərimov

VİDEO: Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri