18 
Avq
2019
00:20
57
336
22692
Virtual karabakh

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO

18 Avq, 2019
00:20
22692

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb. 

Oxu.Az-ın bölgə müxbirinin əldə etdiyi videonu təqdim edirik.

20:51

Göyçayda eyni vaxtda bir yolda iki qəza baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, digər qəzada iki "VAZ-21011" markalı avtomobil toqquşub. 
İki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hadisələr zamanı 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firudin oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Rəfael Yusif oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

20:01

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb. Avtomobillər toy karvanına daxil olublar. 

"VAZ 2107" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hələlik xəsarət alanların adları məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri