19 
Avq
2019
16:32
155
25
3396
Virtual karabakh

İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avq, 2019
16:32
3396

İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

İnstitutdan verilən məlumata görə, Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, hazırda Almaniyada yaşayır, ixtisasca mühəndisdir.

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qonağa elmi müəssisədə aparılan araşdırmalarla bağlı geniş məlumat verib. Bildirib ki, institut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır. Hazırda institutda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır.

Son illərdə institutun Elmi Şurasının qərarı ilə "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" adlı əsərlər Azərbaycan, rus, ingilis, ispan, ərəb, fars və erməni dillərində çap olunub.

Görüşdə qeyd edilib ki, Azərbaycan həqiqətləri müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırılır və xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də diaspor təşkilatlarımızın birgə fəaliyyəti isə olduqca vacibdir. Elmi Şurada İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri