20 
Avq
2019
08:01
14
266
4649
Virtual karabakh

Tovuzda qəzaya uğrayan "Mercedes"in bir sərnişini öldü - YENİLƏNİB + FOTO

20 Avq, 2019
08:01
4649

Tovuzda qəzaya uğrayan "Mercedes"in bir sərnişini öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Oxu.Az xəbər verir ki, 1997-cı il təvəllüdlü Murad Qoşqar oğlu Səmədov həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Digər yaralıların vəziyyəti orta-ağırdır.

00:43

Tovuzda "Mercedes"in aşması nəticəsində baş vermiş qəzanın detalları bəlli olub.

Oxu.Az xəbər verir ki, hadisə zamanı avtomobili idarə edən şəxs içkili vəziyyətdə olub.

Üstəlik, sözügedən adamın sürücülük vəsiqəsi də olmayıb.

Qəzada xəsarət alan şəxslərin kimlikləri də bilinib.

Onlar 1997-ci il təvəllüdlü Səmədov Murad Qoşqar oğlu, 1997-ci il təvəllüdlü Aslanov Taleh Valeh oğlu, 1996-cı il təvəllüdlü Namazov Səid Səfər oğlu, və 1996-cı il təvəllüdlü Əmraslanov Emil Nofəl oğludur.

00:10

Tovuzda yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Namsızlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə maşında olan sürücü və daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyərləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri