20 
Avq
2019
05:09
20
176
5043
Virtual karabakh

Avtoxuliqanlıq edən sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO/VİDEO

20 Avq, 2019
05:09
5043

Avtoxuliqanlıq edən sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda 2 minik avtomobili toqquşub.

Yasamal rayon DYPŞ-nin Oxu.Az-a verdiyi məlumata görə, rayon ərazisində avtoxuliqanlıq edən “Niva” markalı avtomobil yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edib.

Bu zaman o, idarəetməni itirib və Təbriz Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mercedes" dairənin beton piltələrinə çırpılıb.

Qəza zamanı “Mercedes”-də olan sərnişin xəsarət alıb. “Niva”-nın adı hələlik naməlum olan sürücüsü isə hadisə yerindən qaçıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri