20 
Avq
2019
13:05
20
222
2840
Virtual karabakh

Şabranda əlillərin binasında yanğın: yeddi yaralı - YENİLƏNİB + FOTO/VİDEO

20 Avq, 2019
13:05
2840

Şabranda əlillərin binasında yanğın: yeddi yaralı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda baş verən yanğın hadisəsi ilə bağlı xəstəxanaya yeddi nəfər gətirilib.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan ikisi cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

12:28

Şabranda əlillərin binasında baş verən yanğın zamanı dörd nəfər xəstəxanalıq olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, dörd nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərə yardım göstərilir. 

12:15

Şabranda dördmərtəbəli binada yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, elektrik qutusundan başlayan yanğın yaşayış binasını qara tüstüyə bürüyüb.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib. Xəsarət alanların olub-olmadığı barədə əlavə məlumat yoxdur. 

Qeyd edək ki, yaşayış binası əlillər üçün tikilib.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri