21 
Avq
2019
22:05
26
387
11812
Virtual karabakh

Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı

21 Avq, 2019
22:05
11812

Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı uşağı avtomobil vurub.

Xəsarət alan azyaşlını yaxınlıqdakı qonşusu 28 yaşlı Rustov kənd sakini Emin Əzizov xəstəxanaya çatdırmaq istəyib. Azyaşlının anası, dayısı və nənəsi olan, Emin Əzizovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil bir müddət sonra dirəklərə çırpılıb. Hadisə nəticəsində azyaşlı və sürücü həyatını itirib. Avtomobildə olan 3 nəfər sərnişin müxtəlif xəsarətlər alıb. Hazırda onların müalicəsi Quba Mərkəzi rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri