22 
Avq
2019
12:41
25
196
4585
Virtual karabakh

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

22 Avq, 2019
12:41
4585

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 35-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 25-35% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri