22 
Avq
2019
13:27
119
57
3182
Virtual karabakh

Azərbaycanlılar Krasnodarda atəş açıblar? - AÇIQLAMA

Avqustun 21-də axşam saatlarında Krasnodar şəhərində baş vermiş silahlı qarşıdurmada azərbaycanlılar iştirak etməyiblər.

Bunu Oxu.Az-a "Milli Mədəniyyətlər Mərkəzi" Krasnodar Diyar İctimai Təşkilatının İdarə Heyətinin sədri Vasili Çamba azərbaycanlıların atışmada iştirak etməsinə dair şayiələri şərh edərkən deyib

Xatırladaq ki, avqustun 21-nə keçən gecə Krasnodarda şaurma köşkü qarşısında baş vermiş davada azı 10 nəfər iştirak edib. Məlumata görə, münaqişəyə səbəb maşından musiqinin yüksək səslə yayılması və kobud şəkildə irad bildirilməsi olub.  

İstintaq Komitəsinin yerli idarəsindən bildiriblər ki, hadisə Stavropol küçəsində baş verib. Şəxsiyyəti hələ müəyyən edilməmiş vətəndaş nizamsız atəş açaraq 27 yaşlı kişini vurub. Həkimlər yaralını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

İki maddə üzrə cinayət işi qaldırılıb – "Bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq" və "Qətl".

V.Çamba deyib ki, ilkin məlumata görə, iki dağıstanlı və üç çeçen söhbət əsnasında yaranan məişət mübahisəsi zəminində dalaşıblar. Çeçenlər avtomat silahdan istifadə ediblər.

"Dağıstanlının biri yerindəcə ölüb, digəri isə güllə yarası alıb. Çeçenlər hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır. Kubanda millətlərarası problemlər yoxdur" , - V.Çamba bildirib.

Onun sözlərinə görə, davanın bütün iştirakçıları saxlanılıb.

Qeyd edək ki, Kuban kriminal avtoritetlərin və "qanuni oğru"ların toplaşdığı yerdir. Krasnodar diyarının kölgə bazarları əsasən gürcülər, ermənilər və abxazlar arasında bölüşdürülüb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri