22 
Avq
2019
15:22
35
273
4192
Virtual karabakh

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir

22 Avq, 2019
15:22
4192

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə "MİQ-29" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub.

Təəssüf ki, təyyarələrin məhz quşlarla toqquşması səbəbindən qəzaya uğraması heç də nadir hadisə deyil, üstəlik, son vaxtlar belə qəzaların sayı getdikcə artır.

Report xəbər verir ki, İCAO-nun (İnternational Civil Aviation Organization – Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci illərdə 42508 belə hadisə qeydə alınıb. 

Ekspertlərin fikrincə, dünyada kommersiya təyyarələrinin quşlarla toqquşmaları nəticəsində dəyən ziyanın illik məbləği 1,2 milyard dollara yaxındır.

Bu cür toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətlə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən üç dəfə çoxdur. Üstəlik, təyyarənin məhz ön hissəsində pilot kabinəsinin şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.

ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə, 1988-ci ildən etibarən təyyarələrin quşlarla toqquşmaları nəticəsində 200-dən çox adam həlak olub.

Pentaqonun məlumatına görə, hərbi dəniz, hərbi hava və dəniz piyadaları bazalarında hər il quşlarla üç minədək toqquşma qeydə alınır. Pilotlar üçün təhlükə yaradan, bahalı avadanlığın xarab olmasına səbəb olan belə hallara Bird/Wildlife Aircraft Strike Hazard (BASH), yəni Quşlar/Yaban Həyatla Təyyarələrin Toqquşma Riski adı verilib.

Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil "F-35 Joint Strike" tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı iki milyon dollar məbləğində maddi ziyan dəyib. Bu hadisə texnologiya sarıdan hətta ən modern təyyarənin belə bu cür adi hallar üzündən sıradan çıxa biləcəyinə əyani misaldır.

Bu il iyunun 30-da Hindistanın Həryana ştatının Ambala şəhərindəki hava bazasından "Jaguar" tipli qırıcı bombardmançı təyyarənin havaya qalxmasından sonra quş sürüsü ilə toqquşması nəticəsində mühərriklərdən biri sıradan çıxıb. Pilot təlim sursatı olan konteynerləri və asma yanacaq çənlərini təcili açaraq yerə atmalı olub ki, onlar yerə düşərkən partlayıb.

Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər iki pilot ölüb. Həmin il avqustun 21-də İsveçin cənubunda "Jas 39 Gripen" tipli qırıcı təyyarə də quşla toqquşaraq qəzaya uğrayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri