22 
Avq
2019
17:04
21
159
3285
Virtual karabakh

Qusarda palçıq axını çaya qarışdı: İçməli suda fasilələr yarandı - VİDEO

22 Avq, 2019
17:04
3285

Qusarda palçıq axını çaya qarışdı: İçməli suda fasilələr yarandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda palçıq axını çaya qarışıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, palçıq axını Şahdağ yüksəkliyindən başlayaraq Laza kəndi yaxınlığındakı Gur-Gur şəlaləsi adlanan ərazini əhatə edib.

Yağıntıların əraziyə düşməsindən sonra başlayan proses nəticəsində palçıq Qusarçay çayına axır.

Qusarçaydan dağlıq ərazilərdə və şəhərdə yaşayan əhaliyə su verilir. Çayın çirkli olması suyun verilməsində fasilələr yaradıb.

Bağ və bostanların suvarılmasında bu sudan istifadə edən kənd sakinləri təsərrüfatlara da ciddi ziyan dəydiyini deyirlər.

Qusar Suvarma Sistemləri idarəsindən Oxu.Az-a bildirilib ki, məsələdən xəbərdardırlar. 

Sözügedən prosesin təbiət hadisəsi olduğu və son günlərdə palçıq axınının azaldığı deyilir. 

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri