23 
Avq
2019
09:23
6
100
2988
Virtual karabakh

Bir sıra rayonlarda qaz sızmaları aşkarlanıb - Məhdudiyyət olacaq

23 Avq, 2019
09:23
2988

Bir sıra rayonlarda qaz sızmaları aşkarlanıb - Məhdudiyyət olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 23-ü səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq olunması üzrə işlərlə bağlıdır.

Qeyd edilib ki, bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

Bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri