23 
Avq
2019
21:36
195
41
3980
Virtual karabakh

Buzovnada qaynanasını döyməkdə şübhəli bilinən kürəkən saxlanıldı

23 Avq, 2019
21:36
3980

Buzovnada qaynanasını döyməkdə şübhəli bilinən kürəkən saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, qohumlar arasında yaranan mübahisənin xüsusiyyətləri ilə bağlı həmin şəxslərin izahatları alınıb.

Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qisimində saxlanılıb.

E.Bayramov izahatında qeyd edib ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib.

Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və bundan əsəbləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərib və xəsarət yetirib.

Tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında kürəkənin ailə üzvlərini döyməsi faktı ilə bağlı polisin tədbirsizliyi ilə bağlı məlumatlar yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri