24 
Avq
2019
09:55
194
21
1603
Virtual karabakh

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24 Avq, 2019
09:55
1603

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hirkan Milli Parkındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında, Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın nazirliyin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkında, Təngivan kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olmuşdu.

Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri