24 
Avq
2019
12:42
30
188
3959
Virtual karabakh

Hövsanda su çatışmazlığı: "Azərsu" problemi üç saata həll edəcəyini deyir

24 Avq, 2019
12:42
3959

Hövsanda su çatışmazlığı: "Azərsu" problemi üç saata həll edəcəyini deyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün axşam saatlarından Hövsan qəsəbəsinin bir hissəsinin içməli su ilə təchizatı dayandırılıb.

Sakinlərin Oxu.Az-a verdiyi məlumata görə, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsi istiqamətində içməli su verilişində tez-tez məhdudiyyətlər olur.

Vətəndaşlar onu da bildirirlər ki, isti yay günlərində xəbərdarlıq etmədən su təchizatı dayandırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vətəndaşların şikayətinə aydınlıq gətirib.

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, hazırda Hövsan qəsəbəsindən keçən magistral kəmərdə təmir işləri gedir:

"Gecə saatlarında Hövsan qəsəbəsindəki magistral kəmərdə işlər aparılıb. Qəsəbənin su problemini həll etmək məqsədilə mərhələli şəkildə işlər görülür".

A.Cəbrayıllı qeyd edib ki, içməli suyun verilişinin günlərlə kəsilməsi barədə deyilənlər əsassızdır:

"Sadəcə olaraq günün müəyyən saatlarında qəsəbənin bir hissəsində suyun təzyiqi azaldılıb və içməli suyun verilişində fasilələr yaranıb. Havaların isti olmasından dolayı vətəndaşları başa düşürük.

Qəsəbənin bir hissəsində suyun verilişində problem yoxdur. Fasilə yaranan hissələrdə isə iki-üç saat ərzində içməli suyun verilişi bərpa ediləcək".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri