24 
Avq
2019
13:16
34
150
2890
yuxarı
Gürcüstandan qanunsuz gətirilən mobil telefonlar aşkarlandı
24 Avq, 2019
13:16
2890
34
150
Gürcüstandan qanunsuz gətirilən mobil telefonlar aşkarlandı
Gürcüstandan gələn, Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən səkkiz ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək