25 
Avq
2019
01:30
53
232
14423
Virtual karabakh

FHN: şadlıq sarayındakı yanğın zamanı 360 nəfər təxliyə olunub - YENİLƏNİB - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki "Nur" şadlıq sarayında baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyyə edilib.

Xəsarət alan olmayıb.


22.24

Sumqayıt şəhərində, 17-ci mikrorayon dairəsində yerləşən "Nur" şadlıq sarayında yanğın olub.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin bildirdiyinə görə, yanğın mansarddan başlayıb. 

Hadisəyə səbəb elektrik naqillərinin qısaqapanması olub.

Yanğın zamanı şadlıq sarayında toy mərasimi olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə olunub.

On beş dəqiqə davam edən yanğın Fövqəladə Hallar Nazirlyinin hadisə yerinə cəlb olunan qüvvələri tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. 

22.13

Sumqayıt şəhərində yerləşən "Nur" şadlıq sarayı yanır.

Oxu.Az-ın verdiyi xəbərə görə, hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. 

 
Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri