25 
Avq
2019
14:53
56
131
9473
Virtual karabakh

Həftənin ilk günü hava necə olacaq?

25 Avq, 2019
14:53
9473

Həftənin ilk günü hava necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  30-35° isti,

Bakıda gecə 22-24° isti, gündüz  32-34°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Böyük Qafqazın  ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi  ehtimalı var.

Səhər bəzi yerlərdə duman olması ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  23-28°  isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri