25 
Avq
2019
14:05
16
279
4487
Virtual karabakh

İsmayıllıda yas mərasimində ev uçdu, səkkiz nəfər yaralandı

25 Avq, 2019
14:05
4487

İsmayıllıda yas mərasimində ev uçdu, səkkiz nəfər yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda yas mərasimində ev uçub.

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi zamanı iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb.

Dağıntı zamanı səkkiz qadın müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yüngül bədən xəsarəti almış qadınların hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri