26 
Avq
2019
11:37
14
229
2659
Virtual karabakh

Goranboyda qəza: bir nəfər ölüb, yaralılar arasında iki aylıq körpə də var

26 Avq, 2019
11:37
2659

Goranboyda qəza: bir nəfər ölüb, yaralılar arasında iki aylıq körpə də var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində "Niva" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.

Nəticədə, "Niva"nın sərnişini, 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı ölüb.

Digər üç nəfər - Kondereva Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Ramazanzadə Ruziyə Mübariz qızı və iki aylıq körpə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri