26 
Avq
2019
12:18
146
489
15073
Virtual karabakh

Məmurları təhqir edən azərbaycanlı Rusiya vətəndaşlığından çıxarıldı

26 Avq, 2019
12:18
15073

Məmurları təhqir edən azərbaycanlı Rusiya vətəndaşlığından çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"YouTube"da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan Elvin İsayev Sankt-Peterburqda, evinin yaxınlığında saxlanılıb. E.İsayevin doğmaları onun tutulmasını ictimai fəaliyyəti ilə əlaqələndiriblər.

Bu barədə Oxu. Az-a E.İsayevin vəkili Məhəmməd Həsənov məlumat verib.

Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.

Məhkəmə avqustun 26-da bu işə baxmalıdır.

M.Həsənov vurğulayıb ki, müvafiq qurumlar E.İsayevi avqustun 25-də Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.

Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri