Sen
2019
10:53
91
39
5235
Virtual karabakh

Bu gəmilər "siyahı"lardan silinib, heyətləri də yoxdur - Bibiheybətdən FOTOREPORTAJ

4 Sen, 2019
10:53
5235

Bu gəmilər "siyahı"lardan silinib, heyətləri də yoxdur - Bibiheybətdən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2013-cü ildən indiyədək 53 gəminin istismar müddəti bitmiş hesab edilərək silinib. Onlardan 46-sı artıq doğranılaraq təhvil verilib. Hazırda altı gəmi doğranılma mərhələsindədir, bir gəmi isə doğranılmasını gözləyir.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

Bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun istismar müddəti başa çatmış gəmilər silinmiş hesab olunur. 

Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) müxtəlif şirkətlərlə imzalanan müqavilələr əsasında silinmiş sayılan gəmiləri metallom kimi doğranılmağa verir. 

"Donanmamızın yenilənmə proqramına uyğun olaraq istismar müddətini başa vurmuş gəmilər doğranmaya qədər Bibiheybət qəsəbəsindəki körpüdə saxlanılır. Belə gəmilərin heyəti olmur. Bu ərazidə digər qurumlara məxsus gəmilər də var. 

Qeyd etmək istərdim ki, texniki imkanlarına görə yararsız sayılan belə gəmilərin istismarı beynəlxalq konvensiyalarda da qadağan olunub. Bu, təhlükəsizlik baxımından çox vacibdir", - deyə qurum rəsmisi əlavə edib.

Oxu.Az-ın əməkdaşları sözügedən ərazidə olub və bu gəmilərin bəlkə də sonuncu fotolarını çəkib. 

Könül Cəfərli

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri