Sen
2019
13:58
18
86
2393
Virtual karabakh

İcra Hakimiyyəti Ceyrançöldəki qanunsuz tikiliyə görə məhkəməyə müraciət etdi

4 Sen, 2019
13:58
2393

İcra Hakimiyyəti Ceyrançöldəki qanunsuz tikiliyə görə məhkəməyə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə İnzibati-İqtisadi Məhkəməsində Tovuz Rayon İcra Hakimiyyətinin “Narzan” Kəndli Fermer Təsərrüfatına qarşı iddia ərizəsinə baxılıb.

Oxu.Az xəbər verir ki, ərizədə Tovuz Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində yerləşən 80.0243 ha torpaq sahəsində həyata keçirilən qanunsuz tikintinin qarşısının alınması və cavabdehin hesabına sökülməsi tələbi əksini tapıb. 

Lakin məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərar qəbul edib.

Buna səbəb iddia ərizəsinin surətinin cavabdeh “Narzan” Kəndli Fermer Təsərrüfatına göndərilməsi və onun tərəfindən qəbul edilməsinə dair sübutun iş materiallarına əlavə edilməməsi olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri