Sen
2019
17:09
21
183
8539
Virtual karabakh

Bakıda yeni "dibçək fırıldaqçıları" peyda olub - BŞİH adından istifadə edirlər

4 Sen, 2019
17:09
8539

Bakıda yeni "dibçək fırıldaqçıları" peyda olub - BŞİH adından istifadə edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yerləşən mağazaların qarşısına qoyulması üçün sahibkarlara məcburi şəkildə dibçək gülləri satılır.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilir ki, Xətai prospektində bir qrup şəxs mağazalara yaxınlaşaraq, özlərini Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçisi kimi təqdim edir. Onlar yeni qaydalara görə mağazaların qarşısında dibçək güllərinin qoyulmalı olduqlarını deyirlər. Bir dibçəkdə 3 gül var və o, 8 manata satılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumdan belə bir tapşırıq verilməyib:

"Sosial şəbəkələrdə səsləndirilən iddialar əsassızdır. Heç kimə belə bir ixtiyar verilməyib. BŞİH adından istifadə edib belə bir addım atanlar barədə araşdırma aparılacaq. Məsələ barədə ciddi ölçü götürələcək".

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri