Sen
2019
14:39
118
29
3309
Virtual karabakh

Milli xörək "muzeyi": əslindən seçilmirlər - FOTO

5 Sen, 2019
14:39
3309

Milli xörək "muzeyi": əslindən seçilmirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizə maraq göstərən turistlərə bəzən milli mətbəximizin zənginliyini tam şəkildə göstərmək mümkün olmur. Şəkili rəssam Mənsur Əzizli isə mətbəximizin bütün dadlı təamlarını bir araya gətirərək maraqlı sənət nümunələri yaradıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, o, Azərbaycanda ilk dəfə mulyaj üsulundan istifadə edən sənətkarlardandır.

Şəki şəhərindəki "Sənətkarlar evi"nin otaqlarından birində rəssamın hazırladığı milli mətbəximizə aid yüzdən çox milli xörək və şirniyyat nümunəsinin maketi nümayiş etdirilir.

M.Əzizli ilk olaraq məşhur yeməklərimizin maketini hazırlayıb. Əl işləri o qədər zərif və incə detallarla işlənilib ki, əslindən seçilmir. Onun hazırladığı maketlər mətbəximizin zənginliyindən xəbər verir.

Sənətkar artıq Azərbaycanın bölgələrinə xas olan yemək növlərinin 70 faizinin maketini mulyaj formada ərsəyə gətirib.

Qeyd edək ki, M.Əzizli hazırladığı əl işlərini satmır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri