Sen
2019
12:10
10
105
1619
Virtual karabakh

Bakıda keçmiş məhkum dörd evi yardı

6 Sen, 2019
12:10
1619

Bakıda keçmiş məhkum dörd evi yardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki dörd evdən pul, qızıl-zinət əşyaları, kompüter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, törətdiyi əməlləri etiraf edib.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri