Sen
2019
12:46
99
12
1609
Virtual karabakh

Özünü İcra Hakimiyyətinin rəsmisi kimi təqdim edən dələduza hökm oxundu

6 Sen, 2019
12:46
1609

Özünü İcra Hakimiyyətinin rəsmisi kimi təqdim edən dələduza hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Quliyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, T.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, o, özünü Şirvan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, sənəd düzəltmək adı ilə vətəndaşlardan pul alaraq mənimsəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri