Sen
2019
15:50
129
36
2067
Virtual karabakh

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu

6 Sen, 2019
15:50
2067

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Naqan" markalı tapança və beş ədəd patron aşkar edilərək götürülüb.

Eyni zamanda, polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı "TT" markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri