Sen
2019
14:20
77
75
11334
Virtual karabakh

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

8 Sen, 2019
14:20
11334

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayının 9-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həftənin ilk günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  22-26° isti olacaq.

Bakıda gecə 16-18° isti, gündüz  23-25°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 765  mm civə sütunu müşahidə ediləcək.

Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  14-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-17° isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri