Sen
2019
15:42
66
432
19033
Virtual karabakh

Bakıda masaj salonu adı altında əxlaqsızlıq yuvası?: "Bütün səslər evin içindədir" - VİDEO

Xətai rayonu Nəsrəddin Tusi küçəsində yaşayan sakinlərin şikayəti masaj salonundandır. Bu masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.

Sakinlər iddia edirlər ki, obyekt sahibləri burada masaj salonu adı ilə əxlaqsızlıq yuvası təşkil ediblər. Bu azmış kimi, günün müxtəlif saatlarında obyektin qarşısında yaranan səs-küy sakinlərin haqlı narazılığına səbəb olur. 

Sakinlər bildirir ki, masaj salonundakı bütün səslər evin içində asanlıqla eşidilir:

"Evdə uşaq var, yaşlı var. Gecə bir-birlərinə bıçaq çıxarırlar. Burada 171 saylı məktəb var. Şagirdlər hər gün onun qarşısından keçirlər, hər gün onu görmək məcburiyyətindədirlər. Qadınların isə çılpaq vəziyyətdə çıxıb çöldə oturmaları bizim hamımızı narahat edir".

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

"Bir dəfə bağladılar, reklamını sökdülər. Səhər isə gətirib onun yerinə daha böyük reklam vurdular, başladılar işləməyə".

Sail Ağasəlim, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri