10 
Sen
2019
03:39
128
33
4441
Virtual karabakh

"Şəhərdən Kəndə" bu dəfə Şamaxıda… - VİDEO

10 Sen, 2019
03:39
4441

"Şəhərdən Kəndə" bu dəfə Şamaxıda… - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Şəhərdən Kəndə" layihəsinin iştirakçıları Şamaxıda olublar.

Layihə  çərçivəsində növbəti  tur rayonun Çaylı və Qonaqkənd kəndlərində təşkil olunub. Təşkilatçılarsa Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar tədarük və təchizat" ASC və "Backpack Azərbaycan" turizm şirkətidir. 

İştirakçılar ilk olaraq sahibkar Habil Əzimovun Çaylı kəndindəki 25 hektarlıq üzüm bağına gəliblər. Qonaqlara təbii məhsullardan hazırlanmış səhər yeməyi təqdim olunub.

Sonra gələn qonaqlar üzüm bağlarında olublar. 

Tur iştirakçıları təbii şəraitdə yetişdirilən üzümlərin əl əməyi ilə yığılmasının şahidi olublar. 
İştirakçılara həmçinin evlərdə kənd məhsullarından hazırlanmış  orqanik yeməklər təqdim olunub. 

Ucqar dağ kəndi olan Qonaqkənd əhalisi isə əsasən taxılçılıq, heyvandarlıq, bostançılıq və üzümçülüklə məşğul olur. 

Nənələrin təndir çörəyini neçə bişdirdiyi də qonaqlara nümayiş olunub.

Kənd gəzintisindən sonra müxtəlif oyunlar və atla gəzintilər təşkil olunub. Daha sonra layihə rəhbəri aqro-tur haqqında məlumat verib. 

Axşam saatlarına qədər davam edən tur şam yeməyindən sonra başa çatıb.

Rəşad Aydın 
Anar Ömərov
(Baku tv)

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri