10 
Sen
2019
00:27
18
117
3940
Virtual karabakh

Bakıda 4 avtomobil toqquşdu - FOTO/VİDEO

10 Sen, 2019
00:27
3940

Bakıda 4 avtomobil toqquşdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, 20 Yanvar dairəsi istiqamətində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirib. Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliyyat vasitəsi əvvəlcə "Volkswagen Polo", daha sonra "Volkswagen Passat" markalı minik avtomobillərinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər deformasiyaya uğrayıb.

İlkin məlumata görə, hadisə "Mercedes" markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib. 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri