10 
Sen
2019
13:48
287
53
9174
Virtual karabakh

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

10 Sen, 2019
13:48
9174

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apellyasiya protesti verilib. 

Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir. 

Həmçinin, məhkəmə hökmündən zərərçəkmişlər də apellyasiya şikayəti verərək, X.Məmmədovun həbs edilməsini tələb edirlər. 

Məhkəmənin ilkin baxış iclasında X.Məmmədovun anket məlumatları dəqiqləşdirilib. 

Növbəti proses sentyabrın 19-na təyin edilib. 

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri