10 
Sen
2019
21:11
34
357
8069
Virtual karabakh

Neftçalada ildırım vuran şəxslərdən biri öldü - YENİLƏNİB

10 Sen, 2019
21:11
8069

Neftçalada ildırım vuran şəxslərdən biri öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada ildırım vuran şəxslərdən biri ölüb.

Oxu.Az xəbər verir ki, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

 

18:24

Neftçalada iki nəfəri ildırım vurub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Tatarməhlə kənd ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən təsərrüfat sahəsində çalışan Şamaxı sakini, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu və 1990-ci il təvəllüdlü Abdullayev Təvəkkül Tural oğlu açıq havada çörək yedikləri zaman onları ildırım vurub.

Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstələrdən birinin vəziyyəti stabil olduğundan ambulator müalicəyə buraxılıb.

Vaqif Qarayev isə reanimasiya şöbəsinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri