11 
Sen
2019
15:38
32
165
8630
Virtual karabakh

Evi soyulan Mahir Emrelinin atası: O mənzil 24 saat mühafizə olunur

11 Sen, 2019
15:38
8630

Evi soyulan Mahir Emrelinin atası: O mənzil 24 saat mühafizə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahirin atası, prodüsser Anar Mədətovla əlaqə saxlayıb.

O, baş vermiş oğurluq hadisəsindən bixəbər olduğunu deyib.

“Bu xəbəri sizdən eşidirəm. Açığını desəm, şok oldum. Sulutəpədəki ev mənimdir və mənim adımadır. Mahirin öz evi yoxdur. Mən o evi vermişəm ki, orada yaşasınlar. Maraqlısı bundadır ki, ev 24 saat mühafizə olunur. Bu hadisə necə baş verə bilər, heç anlamıram. İndi evlə əlaqə saxlayıb, hadisəni öyrənərəm”.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, üç mobil telefon və beş min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri