11 
Sen
2019
17:15
100
65
8576
Virtual karabakh

İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT

11 Sen, 2019
17:15
8576

İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib. 

Qeyd edək ki, bir müddət əvvəl nazirin əmri ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri