12 
Sen
2019
00:08
9
163
3413
Virtual karabakh

Minik avtomobili traktorla toqquşdu: yaralananlar var

12 Sen, 2019
00:08
3413

Minik avtomobili traktorla toqquşdu: yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - Elvin Aslanov və Pərviz Məmmədzadə əvvəlcə Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün sonradan Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndəriliblər.

Faktla bağlı rayon polisi araşdırma aparır.
 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri