12 
Sen
2019
01:31
10
137
2672
yuxarı
Xaçmazda ikimərtəbəli ev yandı
Xaçmaz rayonunun Hacəlibəy kəndində ikimərtəbəli ev yanıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yanğın 1973-cü il təvəllüdlü Teyyubov Hafiz Ağalar oğluna məxsus yaşayış evində baş verib.
Hadisə yerinə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Ümumi sahəsi 150 kvm olan iki mərtəbəli 5 otaqdan, 1 aynabənddən ibarət fərdi yaşayış evinin aynəbəndi və dam örtüyünun 50 kvm-nin yanar konstruksiyaları yanıb. Fərdi yaşayış evinin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
5 
Mar
2021
15:18
DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMA
39
13
2030
5 
Mar
2021
15:00
“Mədəniyyət” kanalı tamaşaçılarına xoş “Ovqat” bəxş etməyə davam edir - VİDEO
34
40
377