12 
Sen
2019
05:37
13
183
3983
Virtual karabakh

Binadan qırılan şüşə parçası iki piyadaya xəsarət yetirdi

12 Sen, 2019
05:37
3983

Binadan qırılan şüşə parçası iki piyadaya xəsarət yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən "Globus Plaza"da qeydə alınıb.

Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri