12 
Sen
2019
16:17
118
22
3886
Virtual karabakh

Sabiq nazirin qanunsuz dərman satışından məhkum olunan qohumunun işi Ali Məhkəmədə

12 Sen, 2019
16:17
3886

Sabiq nazirin qanunsuz dərman satışından məhkum olunan qohumunun işi Ali Məhkəmədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, keçmiş işçiləri Xatirə İmaməliyeva ilə Aidə Cəfərovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, N.Qasımov və sabiq işçiləri X.İmaməliyeva ilə A.Cəfərova Bakıda tramadol satışına görə həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən qadınlara isə şərti cəza verib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Məlumata görə, N.Qasımov sabiq Rabitə naziri Əli Abbasovun qohumudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri