14 
Sen
2019
14:29
139
34
3570
Virtual karabakh

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

14 Sen, 2019
14:29
3570

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan azərbaycanlılar Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbərliyi altında İstanbulda görüş keçirib.

Tədbirdə Azərbaycanın təbliği üçün görülən işlər müzakirə edilib. Görüşdə Türkiyədə yaşayan azərbaycanlılar problemlərindən də bəhs ediblər. Bundan əlavə, iclasda soydaşlarımızın layihələri dinlənilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbərliyi ilə keçirilən tədbirdə müxtəlif ölkələrdə və Türkiyədə yaşayan azərbaycanlıların layihələrinin dəstəklənməsinə qərar verilib. Çıxış edənlər mədəni fəaliyyətlərin artması üçün Azərbaycanın təbliğatına ehtiyac olduğuna işarə edib.

İclasda iştirak edən dərnək və federasiya rəsmiləri Türkiyədə azərbaycanlılar üçün ana dilində bir məktəbə ehtiyac olduğunu da vurğulayıblar.

Vətənlərindən kənarda yaşayan türk və azərbaycanlıların dünyada iki qardaş diaspor kimi fəaliyyət göstərdiyi vurğulanıb.

Türkiyə və Azərbaycan diasporunun hədəflərinin ortaq olduğu qeyd edilən tədbirdə iki ölkə arasında möhkəm və sarsılmaz bağların olduğu diqqətə çatdırılıb.

Görüşdə, eyni zamanda, son dövrlər Şərqi Anadoluda Erməni Diasporunun Qərbi Ermənistan qurmaq xəyallarını reallaşdırmaq üçün fəaliyyətə başlamasının verdiyi narahatlıq da dilə gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri