15 
Sen
2019
14:12
309
30
3302
Virtual karabakh

Gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO

15 Sen, 2019
14:12
3302

Gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gənclər təşkilatlarının nümayəndələri Bakının anti-Azərbaycan diktaturasının və erməni quldur daşnak dəstələrinin hakimiyyətindən azad edilməsinin 101-ci ildönümünü Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusu sıralarında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə qeyd ediblər.

Gənclər əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükitla ehtiramla yad edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.

Mətbuata müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri Məryam Məcidova, İRƏLİ İctimai Birliyinin Sədri Mirhəsən Seyidov bu günün xalqımızın və dövlətimizin tarixindəki yerindən danışıb, Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq onların heç vaxt unudulmadığını qeyd ediblər.

Ulu Öndərimizin “Bir millət, iki dövlət” fikrini xatırladan natiqlər, bu gün qeyd etdiyimiz əlamətdar tarixin bunun ən bariz nümunələrindən biri olduğunu vurğulayıblar.

Gənclər bu gün Azərbaycan gəncinin qüdrətli, firavan və sabit ölkədə yaşadığını bildirib və buna görə Azərbaycan gəncləri adından cənab Prezident İlham Əliyevə təşəkkür ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri