16 
Sen
2019
01:16
13
153
5543
Virtual karabakh

Avtomobillə motosikletin toqquşmasında ölən və yaralananların adları bəlli oldu - YENİLƏNİB+FOTO

16 Sen, 2019
01:16
5543

Avtomobillə motosikletin toqquşmasında ölən və yaralananların adları bəlli oldu - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədidə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Oxu.Az xəbər verir ki, qəzada ölən şəxs motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Allahverdiyev Mübariz Bəhruz oğludur.

Xəsarət alanlar isə Ağcabədi rayon sakinləri, 1965-ci il təvəllüdlü Ədalət Əliyev və 1975-ci il təvəllüdlü Polad İsmayılovdur.

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirir.

00:00

Ağcabədi rayonunda motosiklet minik avtomobili ilə toqquşub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, baş verən qəzada bir nəfər ölüb və bir nəfər isə xəsarət alıb.

Rayonun  Xocavənd kəndi ərazisində baş verən hadisədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Qəza zamanı minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri